Missiyamız
Ölkənin aparıcı davamlı tibbi təhsil qurumlarından olan İctimai Səhiyyə və İslahatlar Mərkəzi və Uptodate İn Medicine (MD Training) platformasının mükəmməlliyini və müxtəlifliyini nümayiş etdirən MD Journal TV-nin üzərinə götürdüyü missiya - tibb işçilərini və geniş əhalini tibbi yeniliklər və sağlamlığın qorunması ilə bağlı ən son məlumatlarla təmin etmək, öyrənmək və öyrətmək, həyatlarını və peşəkar fəaliyyətlərini keyfiyyətli və dərin məzmunlu televiziya verilişləri ilə zənginləşdirməkdir.
İnkişaf yolumuz
MD Journal TV tibb işçiləri və geniş əhali üçün tibb və sağlamlıq mövzularında müxtəlif TV verilişləri hazırlayan və sosial media və youtube kanalı vasitəsilə yayımlayan bir ixtisaslaşmış ictimai media orqanıdır.
2022-ci ilin yanvarında fəaliyyətə başlamış bu akademik və maarifləndirici təşəbbüs Uptodate in Medicine və İçtimai Səhiyyə və İslahatlar Mərkəzinin əsas missiyaları olan “tədris, tədqiqat və ictimai xidməti” yüksək keyfiyyətlə və dərin, uzunmüddətli proqramlaşdırma vasitəsilə əhatə edir.
Onlayn, YouTube və mobil tətbiqlər vasitəsilə səhiyyə və tibb ictimaiyyətinə, habelə geniş əhaliyə çatdırılan MD Journal TV-nin verilişləri artıq Azərbaycan hüdudlarından kənara, dünyanın hər yerindən maraqlanan izləyicilərin diqqətini cəlb etmişdir. Yenicə istifadəyə verilmiş YouTube kanalına abunə olanların sayı hər verilişdən sonra artmaqdadır. Həm facebook, həm də youtube kanalı ilə verilişlərin izlənməsi sayı 5.000-dən çox olmuşdur.
MD Journal TV elm, səhiyyə və tibb, sosial xidmət, humanitar elmlər, biznes və təhsil də daxil olmaqla geniş spektrli mövzuları araşdırır və dinləyicilərinə təqdim edir. Proqram formatlarına sənədli filmlər, mühazirələr, vebinarlar, tədqiqat simpoziumları və s. daxildir.