Akne və ya Sızanaqlar haqqında bilmədiklərimiz

Sızanaq - dəridə komedonların və irinli suluqların (vezikulların) əmələ gəlməsi ilə xarakterizə olunan dəri xəstəliyidir. Çox vaxt sızanaqlar bədənin çoxsaylı yağ vəzləri olan dəri sahələrində, o cümlədən bel və kürək, sinə və üzdə rast gəlinir. Uşaqlarda sızanaqlar yetkinlik dövründə başlayır.

Ağırlıq dərəcəsinə görə sızanaqlar aşağıdakı qruplara bölünür:

  • yüngül mərhələ (dərinin yüngül iltihabı);
  • orta mərhələ (əhəmiyyətli iltihab);
  • ağır mərhələ (çoxsaylı iltihablar, çapıqların əmələ gəlməsi).

Səbəblər

Sızanaqlar dərinin yağ vəzlərinin və saç follikullarının iltihabı nəticəsində yaranır. Xəstəliyin inkişafına təsir edən səbəblərə aiddir:

  • dərinin keratinləşməsinin artması (buynuzlaşması);
  • orqanizmdə yağlar balansının pozulması;
  • yağ vəzlərinin aktivliyinin artması;
  • dərinin zədələnməsi;
  • anabolik steroidlərin qəbulu;
  • hormonal aktivlik.

Qadınlarda sızanaqlar menstruasiya başlamazdan bir həftə əvvəl pisləşə bilər.

Sızanaqlarla bağlı simptomlar

Sızanaqlar müxtəlif növ dəri səpgiləri şəklində özünü göstərir:

  • qara, boz-qəhvəyi nöqtələr (açıq komedonlar);
  • ağ nöqtələr (qapalı komedonlar);
  • qırmızı düyünlər (papüllər);
  • irinli donqarlar (püstüllər).

Yetkin yaşlı şəxslərdə (25 yaşdan yuxarı) sızanaqlar hormonal dəyişikliklərin və ya daxili orqanların xəstəliklərinin əlaməti ola bilər.

Bənzər simptomlarla qarşılaşsanız, dərhal həkiminizlə əlaqə saxlayın. Xəstəliyin qarşısını almaq onun fəsadları və ağırlaşmalarının müalicəsindən daha asandır.

Diaqnostika

Sızanaqların müalicəsini təmin etmək üçün həkim-dermatoloq və ya ailə-həkimi aşağıdakı müayinələri təyin edə bilər:

  • qanda hormonların səviyyəsi;
  • qanın biokimyəvi analizi;
  • bağırsaqların disbakterioza görə yoxlanması üçün analiz;
  • qanın ümumi analizi.

Sızanaqlar hormonal dəyişikliklərdən qaynaqlanırsa, pasiyentə endokrinoloqun konsultasiyası da tövsiyə oluna bilər.

Sızanaqların müalicəsi

Sızanaqların müalicəsi xəstəliyin mərhələsindən asılıdır:

  • iltihabı azaldan və dəri yağının əmələ gəlməsini azaldan məlhəmlər, kremlər, losyonlar (yumşaq mərhələ);
  • xarici istifadə üçün vasitələr, antibiotiklər, cinsi hormonlar, zədələnmiş dəri zonalarına inyeksiyalar (orta və ağır mərhələlər).

Dərini təmizlənməsi üçün aşağıdakılar aparılır:

  • krioterapi;
  • dərinin pillinqi;
  • üzün çimdikli masajı.

Təcrübəli həkim məsləhətinə ehtiyacınız varmı?

Çat və ya telefonla istədiyiniz həkimlə məsləhətləşin - bu, xəstəxanaya və ya klinikaya edilən səfərdən daha sürətli və ucuzdur.

Pəhriz

Sızanaq hallarında pəhrizə riayət etmək vacibdir. Aşağıdakıların pəhrizdən istisna edilməsi tövsiyə olunur:

  • şirniyyat (baldan başqa);
  • istiotlu yeməklər;
  • yağlı yeməklər;
  • qəhvə;
  • süd məhsulları.

Təhlükə

Ağır dərəcəli hallarda sızanaqlar dəridə çapıqların yaranmasına gətirib çıxarır ki, bu da yalnız bir gözəllik salonunda və ya özəl klinikalarda  dermatoloq tərəfindən aradan qaldırıla bilər.

Risk qrupu

Risk altında olanlar aşağıdakılardı:

  • yeniyetmələr;
  • aşağı keyfiyyətli kosmetikadan istifadə edənlər;
  • düzgün qidalanmayan şəxslər.

Profilaktika

Sızanaqların qarşısını almaq üçün aşağıdakılar tövsiyə olunur:

  • üz və bədən dərisinə müntəzəm qulluq etmək;
  • yağlı kosmetikadan istifadə etməmək;
  • balanslaşdırılmış pəhrizə əməl etmək.

Kateqoriyalar

Arxiv